9 ayda dəmir yolu ilə daşınan yüklərin həcmi açıqlandı
16.10.2020 14:12 İnfrastruktur

9 ayda dəmir yolu ilə daşınan yüklərin həcmi açıqlandı

2020-ci ilin yanvar-sentyabr ayları әrzindә dәmir yolu nәqliyyatı ilә 10,8 milyon ton yük, 1669,7 min sәrnişin daşınıb.

Bu barədə “MediaPost” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, 2019-cu ilin eyni dövrü ilә müqayisәdә yük daşınmasında 1,4%, sәrnişin daşınmasında isә 34,5% azalma müşahidә olunub. Orta hesabla sutkada 275 vaqon yüklәnib, 391 vaqon isә boşaldılıb. Sutka әrzindә dәmir yolunun Şimal istiqamәti üzrә 12,3 min ton, Qәrb istiqamәti üzrә 3,2 min ton, Cәnub istiqamәti üzrә isә 0,7 min ton yüklәnmә işi yerinә yetirilib

Könül Vəliyeva

Gündəm