9 noyabrda avtobusların fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
06.11.2020 17:53 Cəmiyyət

9 noyabrda avtobusların fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, 7 noyabr gecə 00:00-dan 9 noyabr səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq. 

"MediaPost"un BNA-ya istinadən xəbərinə görə, noyabrın 9-u - Dövlət Bayrağı Günü qeyri-iş günü olmasına baxmayaraq müntəzəm və ekspress xətlər üzrə avtobuslar işləyəcək. 

Xəbərlər şöbəsi

Gündəm