A seriyasında yeni mövsümün başlama vaxtı bilinib
03.08.2020 22:30 Futbol İdman

A seriyasında yeni mövsümün başlama vaxtı bilinib

İtaliya A seriyasında yeni mövsümün başlama vaxtı müəyyənləşib.

“MediaPost”un məlumatına görə, bu barədə qərarı A seriyası rəhbərliyi verib.

Mövsümün sentyabrın 19-da başlaması qərara alınıb. Çempionatın son oyunları isə mayın 23-də keçiriləcək. Milad bayramı ilə bağlı fasilədə də matçlar təşkil olunacaq.

Qeyd edək ki, avqustun 2-də başa çatan son mövsümün qalibi adına “Yuventus” yiyələnib.

Xəbərlər şöbəsi

Gündəm