ABŞ-da prezident seçkilərində iştirak edənlərin sayı 100 milyonu ötüb
03.11.2020 16:26 Dünya

ABŞ-da prezident seçkilərində iştirak edənlərin sayı 100 milyonu ötüb

Bütün dünyanın diqqəti ABŞ-da keçirilən prezident seçkilərindədir.

"MediaPost" xəbər verir ki, koronavirusun kölgəsində keçirilən seçkilərdə 99 milyondan çox insan səsvermədə iştirak edib.

"US Elections Project" saytının məlumatına görə, bu rəqəm 2016-cı ildə keçirilən seçkilərdəki rəqəmlərdən olduqca çoxdur. Belə ki, Donald Trampın rəqibi Hillari Klintonu məğlub etdiyi 2016-cı il prezident seçkilərində yığılan ümumi səs sayı 138 milyon olub. 

Mütəxəssislərin fikrincə bu il bu rəqəm 160 milyonu ötəcək.

Anara Mikail

Gündəm