ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
13.05.2021 22:58 Gündəm

ABŞ Azərbaycan və Ermənistana çağırış etdi

ABŞ hökuməti rəsmi Bakı və Yerevana Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır.

"MediaPost" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter hesabında yazıb.

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq”-deyə, N.Prays bildirib.

Xəbərlər şöbəsi

Gündəm