ABŞ bazaya hücum nəticəsində yaralanan hərbçilərin sayını açıqlayıb
17.01.2020 06:34 Xarici siyasət

ABŞ bazaya hücum nəticəsində yaralanan hərbçilərin sayını açıqlayıb

"MediaPost" xəbər verir ki, bu barədə Rusiyanın Ria Novosti agentliyinə komandanlığın rəsmisi Bill Erban agentliyə danışıb.

O bildirib ki, xəsarət alan əsgərlər sağaldıqdan sonra yenidən İraqa qayıdacaq.

Xatırladaq ki, İran general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq yanvarın 8-də İraqdakı Ayn-əl-Əsəd aviabazasına raket zərbələri endirib. Hadisə zamanı xəsarət alan ABŞ hərbçiləri Almaniya və Küveytdə yerləşən Amerika xəstəxanalarına qaldırılıb.

Məlumat üçün bildirək ki, bundan bir gün öncə İraq mediası CİA-nın (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) məxfi sənədinə istinadən bazaya hücum nəticəsində 139 hərbçinin öldüyünü və 146 nəfərin yaralandığını bildirib. Həmin məlumatda sənədin fotosu yer alsa da, bu informasiya rəsmi təsdiqini tapmayıb.

Aynur Ələkbər / "MediaPost"


Xəbərlər departamenti

Gündəm