ABŞ Bin Ladenin gəlinini və qudasını İranda öldürdüyünü iddia edib
14.11.2020 14:09 Dünya

ABŞ Bin Ladenin gəlinini və qudasını İranda öldürdüyünü iddia edib

ABŞ rəsmiləri "Əl-Qaidə" terror təşkilatının ikinci şəxsinin İranda öldürüldüyünü iddia edib.

“MediaPost” xəbər verir ki, “The New York Times” qəzeti adı açıqlanmayan kəşfiyyatçılara istinadla belə bir məlumat yayıb.

Qəzetin yazdığına görə, 1998-ci ildə Afrikadakı iki səfirliyin bombalandığı hücumları təşkil etməkdə təqsirli bilinən misirli Əbu Məhəmməd əl-Masri ləqəbli Abdullah Əhməd öldürülüb.

Onun 7 avqustda motosikletli iki İsrail agenti tərəfindən Tehranda vurularaq öldürüldüyü bildirilib.

Sui-qəsd nəticəsində Masrinin qızı Məryəmin də öldürüldüyü qeyd edilib.

Məlumatda həmçinin vurğulanıb ki, Məryəm "Əl-Qaidə"nin qurucularından olan və 2019-cu ildə öldürülən Usama Bin Ladenin oğlu ilə evli olub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə məlumatı təkzib edərək İranda "Əl-Qaidə" üzvlərinin olmadığını bildirib. Onun sözlərinə görə, bu, ABŞ və İsrailin yürütdüyü psixoloji müharibənin bir hissəsidir.

İran dövlət televiziyası isə 8 avqustda livanlı ata və qızın motosikletdən açılan atəş nəticəsində ölməsi ilə bağlı xəbər verib. Ölən şəxslərin adlarının Əhməd Davud və Məryəm Davud olduğu açıqlanıb.

Onu da qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosu Masrinin başına 10 milyon dollar mükafat qoymuşdu.

Billurə Yunus

Gündəm