ABŞ-da atışma olub, ölənlər var
24.01.2023 22:26 Dünya

ABŞ-da atışma olub, ölənlər var

ABŞ-ın Vaşinqton ştatının Yakima şəhərində mağazada baş verən atışma nəticəsində azı 3 nəfər ölüb.

MediaPost xəbər verir ki, bu barədə çərşənbə axşamı CNN şəhərin polis idarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, naməlum şəxs Yakima şəhərində yerləşən "Circle K" mağazasına daxil olaraq atəş açıb, bundan sonra o, yolu keçərək içərisində sərnişin olan avtomobili qaçırıb. Hadisəni törədən şəxs qaça bilib.

Əraziyə gələn polis əməkdaşları xəsarətlərdən yerindəcə ölən 3 nəfərin meyitini aşkarlayıblar. Hüquq-mühafizə orqanları cinayətkarın oğurladığı avtomobilin sərnişininin də öldürülə biləcəyini istisna etmirlər.

Xəbərlər departamenti

Gündəm