ABŞ-da gənc oğlan iki qadınla rəsmi nikaha girir
16.12.2019 10:33 Cəmiyyət

ABŞ-da gənc oğlan iki qadınla rəsmi nikaha girir

ABŞ vətəndaşı Cimi Silva iki qadınla aralarında olan sevgi münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. Belə ki, Çaça Vavum və Samə Pitr adlı iki qadınla eşq həyatı yaşayan gənc onlarla nikaha girməyə hazırlaşır.

Mediapost.az xəbər verir ki, 10 ildir Ç.Vavum ilə sevgili olan 35 yaşlı Cimi 7 il öncə isə S.Pitrlə tanış olub.

O, uzun müddətlik münasibətdən sonra iki sevgilisinə də evlilik təklif edərək nikaha girmək qərarını verib. 35 yaşlı gənc onlardan "hə" cavabı alaraq evlilik işlərinə başlayıb.

Bu barədə sosial media hesablarında məlumat yayan üçlük artıq dəvətnamə sihasını hazırladıqlarını da bildiriblər.

Onların nikah mərasiminə 1000-dən çox insan qatılmaq istəyib, lakin sevgililər imkanlarının məhdud olması səbəbində 100 nəfərin iştirakının nəzərdə tutduğunu söyləyiblər.

Mediapost.az


Xəbərlər departamenti

Gündəm