ABŞ-da il üzrə kütləvi qətllərin sayı yeni maksimum həddə çatıb
“MediaPost” lenta.ru-ya istinadən xəbər verir ki, ümumilikdə ölkədə 41 kütləvi qətl hadisəsi baş verib. Nəticədə hər birində 4 və daha artıq insan öldürülüb. Bunlardan 33-ü güllələnmə ilə bağlı olub. Bütün hücum qurbanlarının sayı bu il 211 nəfərə çatıb.
Qeyd edilir ki, indiyədək bir il üzrə ən çox kütləvi qətllərin sayı 224 nəfər olmaqla 2017-ci ildə qeydə alınıb. Xüsusilə, həmin ilin oktyabrın 1-də 64-yaşlı Stiven Peddokun hücumu ABŞ-ın yeni tarixinin ən qanlı kütləvi qətli olaraq tanınıb. Atışma zamanı 59 nəfər öldürülüb, 527 nəfər isə yaralanmışdı.
Xatırladaq ki, bu ilin avqust ayında ABŞ-ın prezidenti Donald Tramp video oyunlar və psixi xəstəlikləri ölkədəki kütləvi qətllərin səbəbi adlandırmışdı. O, bu açıqlamanı ABŞ-da iki gün içində baş verən 3 atışma insidentinə görə vermişdi.
Alparslan Öztürk