ABŞ-da karantin rejiminə görə, işsizlərin sayı rekord həddə çatıb
17.04.2020 08:58 İqtisadiyyat

ABŞ-da karantin rejiminə görə, işsizlərin sayı rekord həddə çatıb

“MediaPost” xəbər verir ki, Amerika əmək bazarı tarixi böhranını yaşamaqda davam edir. Təkcə ötən həftə 5 milyon 245 min nəfər işsizlik müavinatı almaq üçün hökumətə müraciət edib.

ABŞ-ın Əmək Nazirliyinin yaydığı məlumata görə, son 4 həftə ərzində 22 milyon 185 min adam işsizlik müavinatı üçün müraciət edib. Məlumata görə, son 12 ildə ABŞ-da yaradılan bütün iş yerləri bağlanıb.

Analitiklərin fikrincə, real rəqəmlər bir qədər də çox ola bilər. Hazırkı vəziyətə görə, ABŞ-da işsizliyə görə, miqrantların ciddi çətinlik çəkəcəkləri istisna edilmir.

Xəbərlər departamenti

Gündəm