ABŞ-da naməlum şəxs supermarketdə atışma törətdi
10.02.2020 20:41 Dünya

ABŞ-da naməlum şəxs supermarketdə atışma törətdi

“Report”un məlumatına görə, bu barədə “Associated Press” polisə istinadən xəbər verib.

Bildirilir ki, hadisə Arkanzas ştatında qeydə alınıb.

Ştatın şərqindəki Forest-Siti şəhərində, “Uolmart” supermarketində naməlum şəxsin açdığı atəş nəticəsində azı 3 nəfər xəsarət alıb.

WMC telekanalı isə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Məlumata görə, yaralılardan 2-i polis əməkdaşlarıdır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm