ABŞ da Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq edib - <span>VİDEO</span>
02.03.2021 18:55 Dünya

ABŞ da Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq edib - VİDEO

ABŞ Ticarət Nazirliyi həbsdəki müxalif blogger Aleksey Navalnının işi ilə əlaqədar 14 təşkilata sanksiya tətbiq edib.

"MediaPost" “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu təşkilatlardan 13-ü ticarət şirkətidir, onlardan 9-u Rusiyada, 3-ü Almaniyada, biri isə İsveçrədə yerləşir.

“Bu şirkətlərin hamısı bioloji silahların və kimyəvi silah elementlərin istehsalının fərqli aspektlərində iştirak edir”, - deyə qeyd olunub.

Qeyd edək ki, bu gün Avropa İttifaqı A. Navalnı ilə bağlı Rusiya güc strutkrularının rəhbərlərinə sanksiya tətbiq edib.

https://www.youtube.com/watch?v=XA3LRc4jxaU-&feature=youtu.be

Xəbərlər şöbəsi

Gündəm