ABŞ-da polis daha bir qaradərili gəncin ölümünə səbəb olub
12.04.2021 10:53 Dünya

ABŞ-da polis daha bir qaradərili gəncin ölümünə səbəb olub

ABŞ-ın Minneapolis şəhərində polis yol-hərəkəti qaydalarını pozduğuna görə qaradərili gənci saxlayıb.

“MediaPost” “Star” qəzetinə istinadla xəbər verir ki, polisin atəş açması nəticəsində sürücü həlak olub.

Sözügedən hadisə Corc Floydun öldüyü yerdən 16 km aralıda baş verib.

Xatırladaq ki, ötən ilin 25 mayında Minneapolisdə xidmət edən ağ dərili polis işçisi Derek Chauvin qandallı şəkildə yerə uzanan Afroamerikan Corc Floydun boyun nahiyəsini dizi ilə sıxıb. Nəfəssiz qalması nəticəsində Floydun ölməsi ABŞ-da genişmiqyaslı etirazlara səbəb olmuşdu.

Billurə Yunus

Gündəm