ABŞ-da polislə vətəndaşlar arasında daha bir qarşıdurma: obyektlərə hücum edildi - <span>FOTOLAR</span>
11.08.2020 11:09 Gündəm Dünya

ABŞ-da polislə vətəndaşlar arasında daha bir qarşıdurma: obyektlərə hücum edildi - FOTOLAR

ABŞ-da şiddət hadisələri və etiraz aksiyalarına hər gün daha biri əlavə olunur. 

“MediaPost” xəbər verir ki, bu dəfə hadisə İllinoin ştatının Çikaqo şəhərində baş verib. Belə ki, polis əməkdaşları yerli saatla 02:30-da İnqlevud məhəlləsində bir şəxsi nəzarət altına almaq üçün getdiyi zaman asayiş keşikçilərinə atəş açılıb. Polislərin cavab atəşi nəticəsində yaralanan şəxs xəstəxanaya yerləşdirilib. 

Lakin yüzlərlə insan baş verən qarşıdurma zamanı polisin bir uşağı öldürdüyünü iddia edərək küçələrə çıxıb. Etirazçılar nümayişlər zamanı şəhərin alış-veriş bölgəsi kimi tanınan “Magnificent Mile”dakı lüks mağazaların şüşələrini qıraraq yağmalayıb.

Hadisələrin geniş vüsət alması səbəbi ilə çox sayda polis əməkdaşı bölgəyə cəlb edilib. Çikaqo Polis Departamenti mətbuat katibi Devid Braun verdiyi açıqlamada 100-dən çox insanın soyğunçuluq, nizamsız davranış və fərqli cinayətlər səbəbi ilə saxlanıldığı, 13 polis əməkdaşının da yaralandığını qeyd edib.

Anara Mikayılova

img
img
img
img
img
img
img
img

Xəbərlər şöbəsi

Gündəm