ABŞ-da təyyarə qəzası: Ölənlər var
21.09.2020 14:28 Dünya

ABŞ-da təyyarə qəzası: Ölənlər var

ABŞ-da təyyarə qəzası baş verib.

"MediaPost" xəbər verir ki, Texas ştatında Ostindən Luzianaya uçan yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 2-si qadın və 2-si kişi olmaqla 4 nəfər həyatını itirib.

Ölənlərin kimlikləri haqqında məlumat verilməyib.

Bildirilib ki, qəzaya mühərrikdə yaranan problem səbəb olub. 

 

Anara Mikail

Gündəm