ABŞ-da təyyarə qəzasında 9 nəfər ölüb
01.12.2019 09:17

ABŞ-da təyyarə qəzasında 9 nəfər ölüb

APA-nın NBC telekanalına istinadən verdiyi məlumata görə, “Pilatus PC” tipli təyyarənin göyərtəsində 12 nəfər olub.

Aydaxo ştatının Aydaxo-Follz şəhərinə uçan təyyarə Çemberlen aeroportundan havaya qalxandan az sonra yerə çırpılıb. Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu ehtimal edilir.

Qəza nəticəsində pilot və iki uşaq da daxil olmaqla, 9 nəfər ölüb. Sağ qalan sərnişinlər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm