ABŞ-da Trampın malikanəsində baş verən hadisə ilə opera müğənnisi həbs edilib - FOTO
01.02.2020 06:08 Hadisə

ABŞ-da Trampın malikanəsində baş verən hadisə ilə opera müğənnisi həbs edilib - FOTO

“Report” xəbər verir ki, bu barədə yerli “The Palm Beach Post” qəzeti bildirib.

Məlumata görə, şübhəli şəxs Xanna Remxilddir. O, müğənnidir və Konnektikut ştatında yaşayır. Müğənni Floridaya çıxış üçün gedib. Xanna Remxildə qarşı terrorizmlə bağlı ittihamların irəli sürüləcəyi gözlənilir.

Dövlət başçısının mühafizəsinə cavabdeh olan yerli polisin və ABŞ-ın Məxfi Xidmətinin nümayəndələri mətbuat konfransında bildiriblər ki, Remxild öz avtomobilinin damında rəqs etməsi və özünü qeyri-adi aparması ilə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Asayiş keşikçiləri onunla danışmağa səy göstərəndə qadın avtomobilinin qapısını bağlayıb və getməyə çalışıb.

Onu təqib edən polisdən gizlənən qadın Mar-a-Laqoda iki nəzarət buraxılış məntəqəsindən yüksək sürətdə keçib. Qadın sonra yol kənarındakı mehmanxanaya gedib və orada saxlanılıb.

ABŞ-ın Məxfi Xidmətinin əməkdaşları və polislər Remxildin maşınına atəş açıblar. Lakin hadisə zamanı heç kim xəsarət almayıb. İnsident zamanı avtomobildə daha bir qadın da olub. Lakin polis onu həbs etməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları güman edirlər ki, Remxild Trampın malikanəsinə yaxın olduğunu bilməyib. Hadisə ABŞ lideri Mar-a-Laqoda olmayan vaxt baş verib. Tramp cümə günü axşam saatlarında malikanəyə gəlib.

"MediaPost"

ABŞ-da Trampın malikanəsində baş verən hadisə ilə opera müğənnisi həbs edilib - FOTO

Xəbərlər departamenti

Gündəm