ABŞ-da tüğyan edən "Isaias" qasırğası 6 can aldı - <span>FOTOLAR</span>
05.08.2020 09:59 Gündəm Dünya

ABŞ-da tüğyan edən "Isaias" qasırğası 6 can aldı - FOTOLAR

“Isaias” qasırğası ötən gecə ABŞ-ın şimali Karolina əyalətinin sahil bölgəsinə çatıb.

“MediaPost” xəbər verir ki, qasırğa sürətinin saatda 60 km-ə düşməsi nəticəsində “tropikal fırtına” kateqoriyasına daxil edilib. Qasırğanın yol açdığı tornado səbəbi ilə şimali Karolinada 2 nəfər həyatını itirib, azı 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Fırtına səbəbi ilə Pensilvaniya, Nyu York, Merilənd və Delaveyr bölgələrində də ölənlər var. Ölkədə bu səbəblə ümumilikdə 6 nəfərin həyatını itirdiyi bildirilib. 

Qeyd edilib ki, şimal-şərqi əyalətlərdəki 2.7 milyondan çox insanın elektrik enerjisi kəsilib.

Mütəxəssislər “Isaias”ın şimal istiqamətində irəliləyəcəyini bildirərək bu bölgədə yaşayan sakinlərə diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib.  

img
img
img
img
img

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm