ABŞ-da türk restoranına hücum edən erməni həbs olundu - VİDEO
13.11.2020 09:11 Dünya

ABŞ-da türk restoranına hücum edən erməni həbs olundu - VİDEO

ABŞ-ın Beverli Hils şəhərində türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edən erməni icmasının radikal üzvlərindən biri saxlanılıb.

"MediaPost"un məlumatına görə, bu barədə Beverli Hils şəhərinin Polis Departamentinin saytı məlumat yayıb.

Bildirilib ki, Federal Təhqiqat Bürosu və Los-Anceles Polis Departamentinin ilə birgə aparılan istintaq zaman noyabrın 4-ü cinayətin törədilməsində əsas şübhəli bilinən şəxslərdən birinin həbs olunması ilə nəticələndi. Həmin şəxs ötən gün səhər Qlendeyl şəhərində saxlanılıb.

Qeyd edək ki, Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vurub.

Cinayətkarlar Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər.

 

Xəbərlər şöbəsi

Gündəm