ABŞ-dakı seçkilər: Qarabağ münaqişəsinin həlli, Avropa - Türkiyə ilə münasibətlərdə yeni mərhələ - <span>VİDEO</span>
04.11.2020 17:56 Fikirlər

ABŞ-dakı seçkilər: Qarabağ münaqişəsinin həlli, Avropa - Türkiyə ilə münasibətlərdə yeni mərhələ - VİDEO

Bu gün dünyanın gözü ABŞ-da baş tutan prezident seçkilərindədir. ABŞ-ın seçiləcək 45-ci prezidenti dünya siyasətində yeni mərhələyə start verə bilər. Siyasi analitiklərin əksəriyyəti Co Baydenin şansını yüksək qiymətləndirsə də, son nəticələr Donald Trampla Co Baydenin başa-baş rəqabətdə olduğunu göstərir.

Co Bayden və ya Donald Trampın prezident seçilməsi Qarabağ münaqişəsinin həllinə hansı təsiri göstərə bilər? 

Siyasi şərhçi Turab Rzayev məsələ ilə  bağlı "MediaPost"a açıqlama verib. O bildirib ki, bu seçkilərdə bir çox siyasi şərhçi və dünyanın tanınmış media qurumları Co Baydenin qələbə qazanacağı ilə bağlı kampaniyaya start veriblər. Ekspert bu kampaniyaların məqsədli şəkildə aparıldığını, əslində amerikalıların Trampa səs verəcəklərini söyləyib. T.Rzayev həmçinin ABŞ-dakı seçkilərin Qarabağ münaqişəsinin həllinə təsiri ilə bağlı da fikirlərini bildirib. 

 

Məleykə Ağasoy

Gündəm