ABŞ-dan iki ölkəyə sanksiya qərarı
22.09.2020 09:35 Dünya

ABŞ-dan iki ölkəyə sanksiya qərarı

ABŞ Venesuela prezidenti Nikolas Maduro və İran Müdafiə Nazirliyinə sanksiya tətbiq etməyə qərar verib.

"MediaPost" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo məlumat verib. O, İran Müdafiə Nazirliyindən nüvə və raket proqramları ilə əlaqəli xüsusilə sanksiyalar tətbiq ediləcəyini bildirib.

Pompeo Maduronun İranla münasibətlərinin möhkəmlənməsi ilə əlaqədar sanksiya siyahısına daxil edildiyini bildirib: "Nikolas Maduroya sanksiya tətbiq edəcəyik. Təxminən iki ildir Tehranda korrupsiya ilə məşğul olan rəsmilər BMT silah embarqosunu keçmək üçün Venesueladakı qanunsuz rejimlə birlikdə işləyib".

Digər tərəfdən İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın yeni sanksiyaları ilə bağlı açıqlama verib. Zərif "bu sanksiyaların heç bir önəmi yoxdur və sanksiya yeni bir mövzu deyil. Heç bir təsiri olmayacaq" - deyə qeyd edib.

İranın nüvə, ballistik raket və adi silah axtarışı ilə bağlı addım atdıqlarını ifadə edən Tramp "İranın nüvə silahına sahib olmasına və ya yeni ballistik raketlər və adi silahlarla dünyanı təhlükəyə atmasına icazə verməyəcəyik" deyib.

 

 

Anara Mikail

Gündəm