ABŞ-dan Qarabağ münaqişəsi ilə bağlı - AÇIQLAMA
31.01.2020 08:22 Qarabağ Azərbaycandır

ABŞ-dan Qarabağ münaqişəsi ilə bağlı - AÇIQLAMA

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi “Twitter” səhifəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə keçirilmiş ikigünlük görüşünə şərh verərək bəyan edib.

“ATƏT-in Minsk qrupunun həmsədrləri Cenevrədə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşdülər. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün qətiyyətli olaraq qalır”, - məlumatda deyilir.

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger bildirib ki, tərəflər konstruktiv və substansiv danışıqlar üçün bir araya gələndə buna həmişə şad olurlar.

O, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrə görüşünü şərh edərkən deyib: “Ümid edirəm ki, danışıqlardan dərhal sonra yayılan bəyənatla tanışsınız. Bir daha danışıqların davam etdirilməsinə ümid edirik”.

Daha əvvəl ABŞ səfirliyi Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün qətiyyətli olaraq qaldıqlarını bildirmişdi.

Xəbərlər departamenti

Gündəm