ABŞ Dövlət Departamenti Moskvadakı üçtərəfli Zirvə görüşünə münasibət bildirib
"Azərbaycanla Ermənistan arasında danışıqlar ABŞ üçün prioritet olaraq qalır".
MediaPost xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
Mayın 25-də Moskvada baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşünə münasibət bildirən M. Miller Azərbaycanla Ermənistan arasında razılıq əldə olunana qədər ABŞ-ın danışıqları dəstəkləməkdə davam edəcəyini deyib:
"Daha öncə dediyimiz kimi, razılığın əldə olunduğuna inanırıq və həll edilməmiş olan bəzi məsələlərdə ortaq razılığa gəlmək üçün iki tərəfi birgə işləməyə davam etməyə çağırırıq". - Metyu Miller, əlavə edib.