ABŞ Əfqanıstandakı qoşunlarının bir hissəsini bu ölkədən çıxarır
15.12.2019 09:00

ABŞ Əfqanıstandakı qoşunlarının bir hissəsini bu ölkədən çıxarır

"Report" xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Pentaqon gələn həftə 4000 hərbi qulluqçunu Əfqanıstandan çıxarmaq niyyətindədir. Bu, ABŞ-ın həmin ölkədəki hərbi kontingentinin üçdə bir hissəsidir.

Qoşunların çıxarılması prosesi tədricən həyata keçiriləcək və bir neçə ay sürəcək.

Telekanalın məlumatına görə, qoşunların bir hissəsinin Əfqanıstandan çıxarılmasından sonra bu ölkədə ABŞ-ın 8-9 min əsgəri qalacaq.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm