"ABŞ Ərdoğana Səddam Hüseyn planını tətbiq edir"
11.02.2020 12:12 Dünya

"ABŞ Ərdoğana Səddam Hüseyn planını tətbiq edir"

“MediaPost”un xəbərinə görə, o, ABŞ-ın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tələyə salmağa cəhd göstərdiyini bildirib.

“ABŞ Səddam Hüseynə “Küveytə daxil ol, mən izləyəcəyəm” demişdi. Sonra da İraqa hücum etdi və 2003-də Səddam Hüseyni devirdi”, - partiya sədri deyib.

Perinçək İdlibdə gərginliyin daha da artmaması üçün dövlətin ağıllı addım atmasının vacibliyini vurğulayıb:

“FETÖ çevrilişinin qarşısını aldıq, ordumuz PKK terrorçuları ilə qətiyyətlə mübarizə aparır. Sərhədin o tayında “Zeytin Dalı”, “Fırat Kalkanı”, “Barış Pınarı” kimi hərəkatlarla qonşuluq bağlarımızı gücləndirdik. Bu mərhələdə qonşularla ittifaqımızı möhkəmlətməyimiz lazımdır. Əks təqdirdə vaxt itkisinə səbəb olar. Şərqi Aralıq, Kipr kimi hərəkatlar mövqelərimizə təsir edər. Dərhal əyləcə basmaq, prosesi dayandırmaq və Suriya ilə dolayı yol əvəzinə birbaşa görüşmək lazımdır. Suriyanın bütövlüyü, Türkiyənin bütövlüyüdür”.

Xəbərlər departamenti

Gündəm