ABŞ hərbçiləri Suriyadakı iki bazanı tərk ediblər
08.01.2020 16:40 Xarici siyasət

ABŞ hərbçiləri Suriyadakı iki bazanı tərk ediblər

"Report" xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, hərbi texnikanın yükləndiyi 40-a yaxın yük maşını Hasek əyalətindəki Xorab-Ceyr bazasını İraqla sərhədə doğru tərk edib. Eyni zamanda Şəddadi şəhərindəki bazadan hərbi texnikanın yükləndiyi 50 yük maşını İraqla sərhəddəki Əl-Vəlid sərhəd-buraxılış məntəqəsinə doğru yola düşüb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm