ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi münaqişə tərəflərini atəşkəsə riayət etməyə çağırır
06.11.2020 15:54 Dünya Qarabağ Azərbaycandır

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi münaqişə tərəflərini atəşkəsə riayət etməyə çağırır

"Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəslə bağlı öhdəliklərini dərhal yerinə yetirməyə çağırırıq".

"MediaPost" xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Ceyms Gilmor məlumat verib.

"Biz Azərbaycan və Ermənistanı 10, 17 və 25 oktyabr tarixlərində əldə olunan humanitar atəşkəsə ciddi əməl etməyə və Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqları dərhal bərpa etməyə çağırırıq", - deyə qeyd edib.

O, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin yolverilməz olduğunu vurğulayaraq münaqişənin yalnız siyasi yollarla həll oluna biləcəyini bildirib.

Anara Mikail

Gündəm