ABŞ-ın Bağdaddakı aviabazasının ətrafına növbəti raket atılıb
10.01.2020 07:12 Xarici siyasət

ABŞ-ın Bağdaddakı aviabazasının ətrafına növbəti raket atılıb

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən İraqın “Al Sumaria” telekanalı bildirib.

Raketin hansı istiqamətdən atıldığı məlum deyil.

“Mawazin News” informasiya portalı da xəbəri təsdiqləyib. Portal bildirib ki, raket atəşi nəticəsində zərər çəkən olmayıb. Hadisənin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, “Balad” ABŞ-ın İraqdakı aviabazasıdır. Baza yanvarın 4-də də raket atəşinə tutulub. ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən azı 3 raket atılıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm