ABŞ-ın dövlət katibi Məsut Özili dəstəkləyib
18.12.2019 07:14 Futbol

ABŞ-ın dövlət katibi Məsut Özili dəstəkləyib

"Report"un məlumatına görə, Pompeo türk əsilli yarımmüdafiəçinin Çində uyğurların təqib olunmasına biganə qalan müsəlmanlara qarşı tənqidlərini haqlı sayıb.

"Çin Kommunist Partiyasının təbliğatçı kanalları Özilə, "Arsenal"ın bütün oyunlarına qadağa qoya bilər, amma həqiqət zəfər çalacaq. Kommunist Partiyası uyğurlara və dünyanın digər dini konfessiyalarına qarşı törədilən insan hüquqları pozuntularını gizlədə bilməz",- Pompeo vurğulayıb.

Qeyd edək ki, Məsut Özil Çindəki fan-klubunu və Çin saytlarındakı sosial şəbəkə akkauntlarını bağlayıb. Sonradan o, öz statusunu silib. Onun sözlərinə cavab olaraq İngiltərə Premyer Liqasının "Arsenal" - "Mançester Siti" matçının yayımı Çində ləğv olunub.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm