ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu olub, yaralılar var - Rəsmi Vaşinqtondan reaksiya
27.01.2020 06:04 Xarici siyasət

ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu olub, yaralılar var - Rəsmi Vaşinqtondan reaksiya

Bu barədə “Al Arabiya” telekanalı bildirib. Qeyd olunub ki, raketlərdən biri diplomatik missiyanın restoranına dəyib.

Səfirliyin ərazisinə atılan raketlər nəticəsində azı üç nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Əl-Sumariya” televiziyası təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Helikopterlərlə ABŞ səfirliyinin ərazisindəki insanların təxliyə edildiyi bildirilib.

İraqın baş naziri vəzifəsini icra edən Adel Abd əl-Mehdi isə Amerika səfirliyini raket atəşə tutan şəxslərin tapılaraq cəzalandırılması barədə göstəriş verib.

Rəsmi Vaşinqton hadisə ilə bağlı münasibət bildirib. Dövlət Departamentinin nümayəndəsi RİA “Novosti”yə açıqlamasında “Beynəlxalq zonaya raketlərin atılması ilə bağlı məlumatlardan xəbərdarıq. İraq hakimiyyətini diplomatik obyektlərin qorunması ilə bağlı üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyə çağırırıq”, deyə, bildirib.

Onun sözlərinə görə, İraqda vəziyyət gərgin olaraq qalır: “İranın dəstək verdiyi qruplar təhlükəsizliyə təhdid yaratmaqda davam edirlər”.

"MediaPost"


Həmçinin oxu: Gəncədə yetkinlik yaşına çatmayan hamilə qız doğuş həyata keçirib

Xəbərlər departamenti

Gündəm