ABŞ-ın keçmiş vitse-prezidenti Koreya və Səudiyyə siyasətinə görə Trampı pislədi
09.12.2019 15:35 Siyasət

ABŞ-ın keçmiş vitse-prezidenti Koreya və Səudiyyə siyasətinə görə Trampı pislədi

Obama administrasiyasının keçmiş vitse-prezidenti, hazırda demokratların prezidentliyə namizədi olan Co Bayden seçki kampaniyası çərçivəsində Trampın Şimali Koreya və Səudiyyə Ərəbistanı siyasətini kəskin tənqid edib.

Mediapost.az “Reuters”ə istinadən xəbər verir ki, Bayden ABŞ-Səudiyyə münasibətlərinin yenidən dəyərləndirilməsi və Şimali Koreyanın hərbi güc nümayişini ABŞ prezidentini tənbeh etmək üçün istifadə etməyə çağırıb.

Obama administrasiyasının vitse-prezidentinin bu bəyanatı Səudiyyə ordusu leytenantının ABŞ-ın xarici müttəfiqlərlə birgə Floridada keçirdiyi təlimlərdə 3 Amerika hərbçisini öldürməsindən sonra Trampın yenə də Ərəbistan vəliəhdləri ilə isti münasibətlərini davam etdirməsinə görə yönəlmiş çoxsaylı tənqidlər fonunda səslənib.

Bayden əlavə edib ki, o, prezident olarsa, Tramp kimi Koreya liderinə də “sevgi məktubları” yollamayacaq.

Xatırladaq ki, Donald Tramp da öz seçki kampaniyasında Baydenin vəzifədə olduğu dövrdə yanlış xarici siyasət strategiyası ucbatından xarici ölkələrin ABŞ-dan istifadə etdiyini önə çəkmişdi.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm