ABŞ-ın Nümayəndələr Palatasında İranla bağlı qərar verildi
10.01.2020 08:33 Xarici siyasət

ABŞ-ın Nümayəndələr Palatasında İranla bağlı qərar verildi

Səsvermə nəticəsində 224 "hə"yə qarşı, 194 "yox" cavabı çıxıb, 13 vəkil isə tərəfsiz mövqedə dayanıb. Nümayəndələr Palatasından çıxan nəticəyə görə, Trampın İrana qarşı müharibə istəyini gerçəkləşdirməsi çətinləşdirilib.

"MediaPost"un verdiyi xəbərə görə, qəbul olunan bu qərar gözlənildiyi kimi Palatanın demokratların say çoxluğu təşkil etdiyi hissəsində təsdiqlənib. Lakin cümhuriyyətçilərin çoxluq təşkil etdiyi Senatda necə qarşılanacağı məsələsi sual olaraq qalmaqda davam edir.

Bu qanun İranı Yaxın Şərqdə sabitliyi pozan dövlət olaraq tanımaqla yanaşı, iranlı general Qasım Süleymanini bütün pozuntuların memarı kimi qəbul edir.

Qanuna əsasən, ABŞ-ın yaxın zamanda baş verə biləcək müharibəyə qarşı özünü müdafiə etmək hüququnun olması vurğulanır. Eyni zamanda hərbi müdaxilə etməmişdən öncə bunun səbəbləri və baş verə biləcək hər cür problemdən necə çıxılmalı olduqları barədə Konqresə məlumat verilməsinin vacibliyi vurğulanıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm