ABŞ İrana qarşı sanksiyaları region ölkələri üçün istisna etməyəcək
20.12.2019 09:10 Xarici siyasət

ABŞ İrana qarşı sanksiyaları region ölkələri üçün istisna etməyəcək

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk xarici jurnalistlər üçün keçirdiyi brifinqdə region ölkələri üçün sanskiyaların tətbiqində istisna edilməsinin mümkünlüyü barədə danışarkən deyib.

Onun sözlərinə görə, bəzi hallarda ABŞ birbaşa İrandan olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edir, lakin ikinci dərəcəli sanksiyalar da var.

"Birinci və ikinci dərəcəli sanksiyalar siyasəti bir müddətdir mövcuddur və bu siyasətdə həqiqətən heç bir istisna etmirik", - B.Huk bildirib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm