"ABŞ İranı dağıtmaq istəyir, anlaşmadan geri çəkilərik" - İran rəsmisi
20.01.2020 15:14 Xarici siyasət

"ABŞ İranı dağıtmaq istəyir, anlaşmadan geri çəkilərik" - İran rəsmisi

Zərif "əgər Avropa uyğunsuz davranmağa davam edərsə, ya da İranın məlumatlarını Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına göndərərsə, bu razılaşmadan çıxarıq", - deyə bildirib.

"MediaPost"un verdiyi xəbərə görə, Cavab Zərif həmçinin ABŞ-ın İranda hökumət dəyişikliyi həyata keçirməyi planlaşdırdığını vurğulayaraq qeyd edib ki, onlar "40 ildir İran dövlətini yıxmaq fikrindən" əl çəkməyiblər.

İran İslam Respublikasının dağılması ABŞ-ın planı olduğunu deyən Zərif "biz də Amerikanı yaxından tanıyır, onlara eyni cür yanaşırıq. İsrail və digər kiçik rejimlər İranın böyük dövlət olduğunu bilirlər. 7 min əvvəl İran necə qüdrətli dövlət olubsa, 7 min il sonra da elə qalcaq. Onlar da hər zaman kiçik olmaqda davam edəcəklər" - deyə bildirib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm