ABŞ İranın 17 şirkətinə qarşı sanksiya tətbiq edib
11.01.2020 07:25 Xarici siyasət

ABŞ İranın 17 şirkətinə qarşı sanksiya tətbiq edib

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuç jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, sanksiyalar əsasən mədən və metal istehsalı ilə məşğul olan şirkətlərə qarşı nəzərdə tutulub.

Eyni zamanda ABŞ-ın İraqdakı hərbi bazalarının vurulmasında iştirakı iddia edilən İranın yüksək vəzifəli şəxslərinə qarşı da sanksiyaların həyata keçiriləcəyi bildirilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm