ABŞ İranın daha 16 təşkilatına qarşı sanksiya tətbiq etdi
Vaşinqton İranın daha 16 təşkilatına qarşı sanksiyalar paketini təsdiq edib.
"MediaPost" xəbər verir ki, bu barədə “RİA Novosti” ABŞ-ın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Sanksiyalar siyahısına iki İran vətəndaşı da daxil edilib.
İraq vətəndaşı Əbdül Əziz əl-Məhəmmədəvi isə Birləşmiş Ştatların axtardığı terrorçular siyahısına daxil edilib və onun axtarışları istiqamətində iş aparıldığı bildirilir.