ABŞ İranın XİN başçısına viza verməkdən imtina etdi
07.01.2020 13:51 Xarici siyasət

ABŞ İranın XİN başçısına viza verməkdən imtina etdi

“MediaPost” “Reuters”ə istinadən xəbər verir ki, Cavad Zərif ayın 9-u BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etməyə hazırlaşırdı. ABŞ Dövlət Departamenti xəbəri şərh etməkdən imtina edib.

Qeyd edək ki, 1947-ci il sazişinə əsasən ABŞ xarici diplomatların BMT-yə girişinə icazə verməlidir. Ancaq Vaşinqton bildirir ki, “təhlükəsizlik, terrorçuluq və xarici siyasət” səbəblərinə görə viza verməkdən imtina edə bilər.

Alparslan Öztürk, “MediaPost”

Xəbərlər departamenti

Gündəm