ABŞ-İsrail razılaşması müsəlman ölkələrini ayağa qaldırdı - ŞƏRH
Buna əsasən, ABŞ Qüdsü İsrail torpağı kimi tanıdığını rəsmən təsdiqləyib.
Tramp bunu razılaşma olaraq adlandırsa da, dünya ictimaiyyəti tərəfindən "birtərəfli razılaşma" kimi adlandırıb. Çünki proses İsrail və ABŞ arasında gerçəkləşib və Fələstin tərəfinin rəyi nəzərə alınmayıb.
Trampın imza atdığı razılaşmaya Türkiyə, Qətər, İran, Fələstinin "Həmas" təşkilatı tərəfindən etirazlar gəlib.
Sözügədən bu sənəddən sonra Şərqdə münasibətlər hansı yöndə dəyişəcək? Müsəlman ölkələri arasında birlik gerçəkləşəcəkmi?
Bu barədə “MediaPost”a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, ABŞ-ın Qüdsü rəsmən İsrail torpağı kimi tanıması təxminən iki il öncənin məsələsi idi:
Politoloq qeyd edib ki, bu məsələ Türkiyə, Qətər, Fəsələtinin "Həmas" təşkilatı tərəfindən aqressiv qarşılanıb:
“Belə bir faktı deyə bilərəm ki, 1978-ci ildə İsraillə Misir arasında bağlanmış məşhur sazişdən sonra Fələstin məsələsi unudulmağa başladı. Yəni İsrail-Fələstin çəkişməsinin tarixi analogiyası var. Ən nəhayət onu qeyd edim ki, müsəlman ölkələrinin hazırda özlərinin bu prosesə vahid siyasi baxışı yoxdur. Məsələn, Qətər, Türkiyə yaxud "Həmas"ın adını anti-cəbhədə çəksək də, Misiri, ya da Səudiyyə Ərəbstanının ABŞ-ı dəstəkləməsini unutmamalıyıq. Eyni zamanda müsəlman ölkələrinin daxilində də Qüds məsələsi alət kimi istifadə olunur. Ümumiyyətlə, İsraillə ərəb ölkələri arasında düşmənçiliyin uzanması ətraf ölkələrə və dünyaya yaxşı heç nə vəd etmir. Keçən 60-70 il ərzində davam edən yəhudi ərəb konfliktində ərəb tərəfi heç bir uğur qazana bilməyib. Yəqin ki, yeni yanaşmalar, müqavilələr mümkündür. Bu da onunla əlaqədardır ki, bir az öncə Misir bu müqaviləni bağlamışdısa, ola bilər ki, növbəti dönəm ərzində İsraillə düşmən olan digər ərəb ölkələrinin də İsraillə yaxınlaşması baş tutacaq. Güman ki, Ərdoğanın simasında anti-İsrail siyasəti ifadə edilsə də, əslində, milli maraqları üst-üstə düşür. Və mən hesab edirəm ki, bu ölkə ilə İsrail arasında görünən problemlər müvəqqəti xarater daşıyır”.
“MediaPost”
Həmçinin oxu: ABŞ-la İsrail arasında "Əsrin sazişi": Yaxın Şərq daha da gərginləşir