ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırıldı
18.01.2021 22:56 Dünya

ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırıldı

ABŞ Konqresinin binasında (Kapitoli) təhlükəsizlik tədbirləri gücləndirilib.

"MediaPost" xarici mətbuata istinadən xəbər verir ki, yaxınlıqda baş verən yanğınla əlaqədar olaraq, Kapitoliyə aid bütün binalara giriş-çıxış müvəqqəti olaraq məhdudlaşdırılıb.

Konqresdən verilən açıqlamaya görə, binada olanlara qapı və pəncərələrdən uzaq durmaq məsləhət görülür.

Kapitoli polisi bildirilib ki, idarə əməkdaşlarına hadisənin araşdırıldığı müddətdə sığınacaqda qalmaq tövsiyə olunur.

Xəbərlər şöbəsi

Gündəm