ABŞ koronavirusun sona çatacağı ilə bağlı mümkün ehtimalı açıqlayıb
12.04.2020 19:53 Dünya

ABŞ koronavirusun sona çatacağı ilə bağlı mümkün ehtimalı açıqlayıb

ABŞ-da bu ilin may ayında vəziyyət stabilləşə bilər.

“MediaPost” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın baş infeksionisti və yoluxucu xəstəliklər üzrə mütəxəssisi Entoni Fauci yerli telekanallardan birinə müsahibəsində səsləndirib. O bildirib ki, böhrana qarşı məhdudlaşdırıcı tədbirlərin qüvvəyə minməsi bunu deməyə əsas verir.

Entoni Fauci konkret bir şey söyləməsə də, ABŞ-da xəstəxanalara yerləşdirilənlərin və reanimasiyada müalicə alanların sayında azalma müşahidə edildiyini vurğulayıb. Eyni zamanda digər ölkələrdə də pandemiyanın intensivliyinin azaldığını diqqətə çatdırıb.

Həkim Çində xəstəliyin yenidən alovlana biləcəyi ilə bağlı suallara da aydınlıq gətirib. O, bunun real olmadığını vurğulayıb.

Hazırda dünyada 1 831 130 insan koronavirusa yoluxub. COVID-19 pandemiyasından ölənlərin sayı 113,013 çatıb. Bu günə qədər 419 883 xəstə müalicə olunaraq sağalıb. Virus 185 ölkədə aşkar edilib.

ABŞ dünyada koronavirus ölümlərinin sayına görə İtaliyanı qabaqlayaraq birinci oldu. Ölkədə 20,6 mindən çox ölüm qeydə alınıb.

Məlumat üçün bildirək ki, ABŞ koronavirusa yoluxanların sayına görə dünyada liderdir. Belə ki, ölkədə 545 934 nəfə virusa yoluxub, 21 474 min insan həyatını itirib, 31 120 min xəstə isə müalicə olunaraq sağlamlığına qovuşub.

Rəqəmlər 12 aprel Bakı vaxtı ilə 21:30 radələrinə qədərki rəsmi statistikaya əsasən qeyd edilib.

Xəbərlər departamenti

Gündəm