ABŞ Kosovonu Serbiya ilə gərginliyi artırmaqda ittiham edib
26.05.2023 22:49 Dünya

ABŞ Kosovonu Serbiya ilə gərginliyi artırmaqda ittiham edib

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, tanınmamış Kosovonun şəhər administrasiyalarının binalarını ələ keçirmək cəhdləri Belqraddakı hakimiyyətlə gərginliyi daha da artırıb.

"MediaPost"un məlumatına görə, Blinken ABŞ-ın Kosovo Vaşinqtonun və Kosovonun Avropadakı tərəfdaşlarının tövsiyyələrinə zidd hərəkətlərini qətiyyətlə pislədiyini bildirib.

"Bu hərəkətlər gərginliyin kəskin və lüzumsuz artmasına səbəb olub, Kosovo ilə Serbiya arasında münasibətlərin normallaşmasına kömək etmək səylərimizə xələl gətirib və Kosovo ilə ikitərəfli münasibətlərimizə təsir edəcək", - ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.

Xəbərlər departamenti

Gündəm