ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib
17.11.2019 09:23

ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib

ABŞ Kubanın Daxili İşlər naziri Xulio Qandarilyanın adını sanksiya siyahısına salıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, Dövlət Departamenti naziri “Venesuelada insan hüquqlarının pozulmasında iştirak etdiyinə görə” qara siyahıya daxil edib.

Bundan başqa, sanksiyalar siyahısına həmçinin nazirin övladları da düşüb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm