ABŞ-la İsrail arasında "Əsrin sazişi": Yaxın Şərq daha da gərginləşir
29.01.2020 06:53 Xarici siyasət

ABŞ-la İsrail arasında "Əsrin sazişi": Yaxın Şərq daha da gərginləşir

ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə planı təqdim edib. O bildirib ki, İsrail bu planı təcəssüm edərək fələstinlilərlə "sülhə böyük addım" atır.

"MediaPost" xəbər verir ki, Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə münaqişənin nizama salınması üzrə planını təqdim edərkən belə deyib.

"Yaxın Şərq üzrə nizamasalınma planı 80 səhifədən ibarətdir. Bu, həmin məsələdə ən dolğun sənəddir. Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq. Bu, çox əhəmiyyətlidir. Fələstinlilər ən yaxşı həyata layiqdirlər. Amma terror fəallığının tələsinə düşüblər", - deyə Tramp bildirib.

ABŞ prezidenti Donald Tramp bildirib ki, "Əsrin sazişi" yeni Fələstin dövləti üçün 50 milyard dollar məbləğində investisiyaları təmin edəcək: "Çox sayda dövlət bu prosesdə iştirak etmək istəyir. Praktik olaraq hamı istəyir ki, bu olsun. "Əsrin sazişi" İsrail və Fələstinin qonşuların böyük dəstəyini alacaq. ABŞ planının reallaşdırılacağı təqdirdə 10 il ərzində "Fələstində işsizlik iki dəfə azalacaq".

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas isə ABŞ-ın Yaxın Şərq üzrə nizamasalma planını sui-qəsd adlandırıb.

"Qüds satılmır və sizin sui-qəsdiniz keçməyəcək. Fələstin xalqının tarixi haqlarına məhəl qoymamağa imkan verməyəcəyik, paytaxtı Qüds olan Fələstin dövlətinə sadiqik. Planlar müvəffəqiyyətsizliyə uğrayacaq. Diz çökməyəcəyik və təslim olmayacağıq".

İranın İslamı Şura Məclisinin sədri Əli Laricani də bununla bağlı münasibət bildirərkən qeyd edib ki, razılaşma qeyri-qanunidir və beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır.

ABŞ-la İsrail arasında Əsrin sazişi

Xəbərlər departamenti

Gündəm