ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb etdi
21.10.2020 01:37 Dünya

ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb etdi

“ABŞ Rusiya və Çinin hərbi gücü fonunda NATO ölkələri də daxil olmaqla müttəfiqlərindən Ümumi Daxili Məhsulun (ÜMD) 2%-ni müdafiəyə ayırmağı tələb edir”.

“MediaPost” xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın Müdafiə naziri Mark Esper çıxış edib.

“Biz COVİD pandemiyasının yaratdığı çətinlikləri və maddi ziyanı qiymətləndiririk, ancaq bu gün təhdidlər azalmayıb. Əksinə, ölkələr öz daxili vəziyyətlərini bərpa etməyə çalışsalar da, daha da pisləşib. Eyni zamanda, rəqiblərimiz bundan istifadə etməyə çalışırlar. Buna görə də, biz bütün ölkələri – NATO üzvlərini öz öhdəliklərinə əməl etməyə və təhlükəsizliyimiz üçün daha çox töhfə verməyə çağırırıq. Bütün müttəfiqlərimizin müdafiəyə daha çox sərmayə qoymalarını gözləyirik - ən azı ÜDM-in 2%-i həcmində”, - deyə Esper Vaşinqtondakı çıxışında bildirib.

Xəbərlər şöbəsi

Gündəm