ABŞ prezident seçkilərinə müdaxilə edəni tapana 10 milyon verəcək
06.08.2020 11:30 Gündəm Dünya

ABŞ prezident seçkilərinə müdaxilə edəni tapana 10 milyon verəcək

ABŞ 3 noyabr tarixində baş tutacaq prezident seçkilərinə hər hansı müdaxilənin qarşısını almaq üçün hərəkətə keçib.

“MediaPost” xəbər verir ki, bu barədə Xarici İşlər naziri Mayk Pompeo mətbuat konfransında məlumat verib. 

O bildirib ki, dövlətə yardım edən şəxslərə mükafat veriləcək:

 “Xarici hökumətin nəzarəti altında hərəkət edən və kiber fəaliyyətlərə qatılaraq prezident seçkilərinə müdaxilə edən şəxslərlə bağlı məlumat verənə 10 milyon dollar hədiyyə olunacaq”.

Bununla yanaşı, ABŞ kəşfiyyatının qənaətincə, Rusiya 2016-cı ildə keçirilən prezident seçkilərində Donald Trampı dəstəkləmək üçün sosial medianı manipulyasiya edib.

Prezident Tramp isə məsələ ilə bağlı “Rusiya yalanı” deyərək iddiaları rədd etmişdi.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm