"ABŞ Rusiya ilə müharibədə buna görə uduza bilər"
10.02.2020 15:31 Xarici siyasət

"ABŞ Rusiya ilə müharibədə buna görə uduza bilər"

“MediaPost”un xəbərinə görə, bunu “Breaking Defense” portalına açıqlamasında analitik Sidney Fridberq söyləyib. O, ABŞ ordusunun illərlə zirehli maşınları təyyarələrə yükləməkdə çətinlik çəkdiyini bildirib.

Analitik ABŞ-ın qarşısındakı əsas maneənin bu vasitələri SSRİ dövründə Şərqi Avropada inşa edilən körpülərdən keçirmək olduğunu deyib: “Polşadakı Vistula çayı kimi NATO-nun təchizatını və ya birləşmələrini yerləşdirmək üçün istifadə etmək məcburiyyətində qalacağı xeyli sayda çay cənub-şimal istiqamətində axır. Dolayısı ilə NATO-nun bu çaylar üzərindəki körpülərdən istifadə etməsi lazımdır, ancaq bunların sadəcə bir neçəsi 55 tondan ağır yükə tab gətirə bilər”.

Fridberq Şərqi Avropadakı körpülərin Soyuq müharibə əsnasında 45 tonluq sovet tankları üçün inşa edildiyini bildirib: “ABŞ müharibə zamanı körpü qurmaq imkanına sahib olsa da, bu imkanlar Şərqi Avropada böyük çayda belə, həll yolu tapmaq üçün yetərli deyil”.

Xəbərlər departamenti

Gündəm