ABŞ Rusiyanın bu addımından məmnun deyil - Klark Kuper
03.11.2020 13:55 Dünya

ABŞ Rusiyanın bu addımından məmnun deyil - Klark Kuper

"ABŞ Kiprin Rusiya hərbi gəmilərinin limanlarına girməsini dayandırmaq üçün heç bir tədbir görməməsindən məmnun deyil". 

"MediaPost" xəbər verir ki, bunu ABŞ Dövlət katibinin siyasi-hərbi işlər üzrə köməkçisi Klark Kuper deyib.

"Ayrılıqda vurğuladım ki, Kipr hələ də Rusiya donanmasının gəmilərinin limanlarına daxil olmalarını inkar etmək üçün lazımi addımları atmayıb. Bu və digər addımlar mütləq zəruridir... Kipr Respublikasının bu istiqamətdə irəliləməsini istəyirik", - deyə Kuper söyləyib.

Qeyd edək ki, 17 sentyabrda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  ABŞ-ın Rusiya ilə Kipr arasındakı münasibətlərə qarışmamalı olduğunu deyib.

 

Anara Mikail

Gündəm