ABŞ seçkilərində Bayden liderliyini qoruyur
ABŞ-da 3 noyabr tarixində keçirilən prezident seçkilərində verilən səslərin hesablanması davam edir.
"MediaPost" xəbər verir ki, demokrat namizəd Co Bayden seçkilərdə liderliyini qoruyur.
Belə ki, o, 50.6% (74 795 300) səslə respublikaçı rəqibi Donald Trampı qabaqlayıb. Donald Tramp isə 47.7% (70 533 207) səs toplayıb.