ABŞ tarixinin ilk qadın vitse-prezidenti ola bilər
12.08.2020 08:00 Gündəm Dünya

ABŞ tarixinin ilk qadın vitse-prezidenti ola bilər

ABŞ Demokratik Partiyasının prezident namizədi Co Bayden Kaliforniya Senatoru Kamala Harrisi vitse-prezidentliyə namizəd seçdiyini açıqlayıb.

“MediaPost” xəbər verir ki, Bayden bu gün tərəfdarlarına elektron poçt göndərib:

“Prezident olaraq bir çox vacib qərarlar verirsiniz. Amma ilk addım vitse-prezidentin kim olacağını seçməkdir. Donald Tramp və Mayk Pensə qarşı apardığım mübarizədə mənə ən yaxşı kömək edəcək şəxsin Kamala Harris olduğuna qərar verdim” - deyə qeyd edib. 

Məlumat üçün bildirək ki, Harris vitse-prezident olmaq üçün yarışan ilk qaradərili qadındır. 

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm